Cəmİyyət

Nazirlər Xocalı şahidini ayaq üstə dinlədi - Video

Nazirlər Xocalı şahidini ayaq üstə dinlədi - Video
 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan "Qarabağın səsi" adlı rəsm əsərlərinin sərgisi və ədəbi-bədii tədbir keçirilib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, tədbirdə Xocalı soyqırımının şahidləri, dövlət rəsmiləri, millət vəkilləri, xarici diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.

Bildirilib ki, "Qarabağın səsi" aksiyasına qısa müddət ərzində 300-dən çox rəsm əsəri təqdim olunub. Münsiflər Heyəti tərəfindən fevralın 15-də həmin rəsm əsərlərinin sərgisinin təşkil olunması məqsədilə seçim mərhələsi keçirilib. Sərgidə iştirak üçün yaş məhdudiyyəti qoyulmayıb. İştirakçıların ən kiçiyinin 4 yaşı var. Nəinki ölkə daxilindən, hətta Rusiya, Türkiyə, İsveç və İsraildən əsərlər təqdim olunub.

Sərgidə seçim mərhələsindən keçən 110 müəllifin 120 əsəri nümayiş etdirilib.

Sərgi ilə tanışlıqdan sonra tədbir iştirakçılarına "Qarabağın səsi" aksiyası layihəsinin kollektivi tərəfindən Azərbaycanın tanınmış incəsənət xadimlərinin də iştirak etdikləri, Xocalı soyqırımı ilə bağlı hazırlanmış ədəbi-bədii proqram təqdim olunub. Tədbirdə Leyla Əliyevanın 2 yaşlı şəhid Zəhraya həsr etdiyi şeirlər səslənib.

Xocalı sakini, həmin gecə məhv edilən 8 ailədən birinin yadigarı Rəhilə Quliyeva çıxışında şahidi olduğu faciədən danışıb. O deyib ki, ermənilər Xocalını atəşə tutan zaman özünümüdafiə dəstələri dinc əhalini xilas etmək istəsə də yollar mühasirədə olduğundan bu mümkün olmayıb.

İştirakçılar şahidin çıxışını ayaq üstə dinləyiblər.
 
| ]
AdRiver

XƏBƏR LENTİ