Nazirlər Kabinetinin ikinci şəxsi Natiq Məmmədov olacaq

Nazirlər Kabinetinin ikinci şəxsi Natiq Məmmədov olacaq
Bir ay əvvəl Mərkəzi Seçki Komissiyasından Nazirlər Kabinetinə gətirilən  hüquqşünas  təqaüdə göndərilən Ağa-Bala Hacıyevin yerini tutacaq
Bu ilin aprelindən baş nazir təyin edilən Novruz Məmmədov Nazirlər Kabinetində kadr islahatlarını davam etdirir. İki gün əvvəl  Nazirlər Kabineti Aparatının rəhbəri Ağa-Bala Hacıyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ağa-Bala Hacıyev 1991-1994-cü illərdə Nazirlər Kabinetinin İşlər İdarəsinin müdafiə və müdafiə sənayesi şöbəsinin müdiri, 1994-cü ilin oktyabr ayından Azərbaycan Prezidentinin sərəncamı ilə Nazirlər Kabinetinin İşlər müdiri vəzifəsinə təyin edilib.  2003-cü ilin sentyabrından Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.

Yada salaq ki, bundan  əvvəl baş nazirin sərəncamı ilə Nazirlər Kabinetinin Aparatında şöbələrin sayı 15-dən 10-a endirildi. Kənd təsərrüfatı məsələləri şöbəsi, ekologiya məsələləri şöbəsi və regionların inkişafı məsələləri şöbəsi birləşdirilərək regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradıldı.

Neft və kimya məsələləri şöbəsi sənaye və energetika məsələləri şöbəsinə, beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə, qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi isə humanitar və sosial məsələlər şöbəsinə birləşdirildi. Pensiya yaşlarına çatmaları ilə əlaqədar bir neçə vəzifəli şəxs bu struktur islahatlarından sonra işdən azad olundular.

Ötən ay baş nazir daha iki məmurun işdən azad edilməsi barədə sərəncam imzalayıb. Bu sərəncamla Şahin Salahov  Nazirlər Kabineti Tikinti və kommunal təsərrüfatı şöbəsinin müdiri vəzifəsindən azad edilib. Bundan başqa, Nazirlər Kabinetinin Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdir müavini Nail Sadıqov da vəzifəsindən azad edilib. O, dövlət qulluğunda işləmənin son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

Bir müddət əvvəl isə yeni baş nazir Rəsi-Zadə dönəminin daha bir kadrını - Günəş Vəliyevanı Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edib. Baş nazirin digər qərarı ilə G.Vəliyeva ilə yanaşı Nizami Bayramov Nazirlər Kabinetinin İşlər İdarəsinin Nəqliyyat xidməti şöbəsinin müdiri vəzifəsindən çıxarılıb. G.Vəliyeva 2003-cü ilin sentyabrından isə Nazirlər Kabineti Aparatının hüquq şöbəsinin müdiri idi. Qeyd edək ki, bu mühüm vəzifəyə hələ də təyinat yoxdur. Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinin müdiri vəzifəsi də boşdur.


Baş nazirin ötən ay daha bir təyinatı da diqqət çəkib. Belə ki, Nazirlər Kabinetinin işdən çıxarılan  Aparat rəhbəri Ağa-Bala Hacıyevə yeni müavin təyin edilib. Bu, Mərkəzi Seçki Komissiyasının sabiq sədr müavini Natiq Məmmədovdur. Natiq Məmmədovun MSK sədrinin müavini kimi yüksək bir postu tərk edərək Nazirlər Kabinetinin Aparat rəhbərinin müavini vəzifəsinə getməsi heç də birmənalı qarşılanmamışdı. Hələ o zaman da belə iddia vardı ki, Nazirlər Kabinetinin Aparat rəhbəri olan 77 yaşlı Ağa-Bala Hacıyev tezliklə  təqaüdə çıxacaq və onun yerini N.Məmmədov tutacaq.  Bəzi iddialara görə, yaxın günlərdə N.Məmmədov  NK Aparat rəhbəri təyin ediləcək. 

Natiq Məmmədov  1966-cı ildə Naxçıvanda doğulub. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1992-1999-cu illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 1999-cu ildə  Dövlət  Neft Şirkətində Üzən Gəmilərlə Kəşfiyyat və Qazma İdarəsində hüquqşünas, 1999-2000-ci illərdə  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hüquq xidmətinin rəhbəri kimi fəaliyyət göstərib.

2000-ci ildə Bakı şəhər Əzizbəyov Rayon Məhkəməsinin hakimi təyin edilib və 2004-cü ilədək bu vəzifədə işləyib.

2004-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edildikdən sonra dəfələrlə komissiyanın katibi, 2010-cu ildə isə sədr müavini seçilib. Qeyd edək ki, Aparat rəhbəri baş nazirdən sonra ikinci səlahiyyətli şəxs statusundadır.  

"Yeni Müsavat”

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...