Nazirlər Kabineti : Bu ərazilərlə bağlı layihəni hazırlayacaq qurum...

Nazirlər Kabineti : Bu ərazilərlə bağlı layihəni hazırlayacaq qurum...
Nazirlər Kabineti "Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nda dəyişiklik edib.

Bu barədə Sfera.az-a Nazirlər Kabineti məlumat yayıb.

Qeyd olunub ki, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 1 fevral tarixli 259-VIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Şəhərsalma əsaslandırılması yerli icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyin sifarişi əsasında onların verdikləri layihə tapşırığına uyğun olaraq layihəçi tərəfindən yerinə yetirilir.

Tikinti niyyətini həyata keçirmək istəyən sifarişçinin istədiyi hallarda və onun müstəqil müraciəti əsasında şəhərsalma əsaslandırılmasının yerinə yetirilməsi layihəçiyə sifariş edilir. Bu zaman layihə tapşırığı da tikinti niyyətini həyata keçirmək istəyən sifarişçi tərəfindən verilir.

Qərara əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş kənd ərazilərində vahid şəhərsalma əsaslandırılması üçün Qaydaların 2.3-cü bəndində göstərilən layihə tapşırığının Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmasına yol veriləcək, bu hallarda şəhərsalma əsaslandırılması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında tərtib ediləcək və həmin sənədlərin hazırlanması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 24.2-ci maddəsinə uyğun olaraq dövlət vəsaiti hesabına maliyyələşdiriləcək.



OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...