İqtİsadİyyat

“Nazirlər bunu nəzarətdə saxlamalıdır”

“Nazirlər bunu nəzarətdə saxlamalıdır”

Minimum əməkhaqqılarının artırılması bir çox insanlarda qiymət artımının yaranacağı ilə bağlı narahatlığa səbəb olur. Həmçinin, bəzi ekspertlərin fikirlərinə görə də bu artım yaxın aylarda inflyasiya və devalvasiyaya səbəb olacaq. 

Məsələylə bağlı "Yeni Sabah”a danışan deputat, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, həmişə maaşlarda müəyyən qədər artım olanda insanları ən çox narahat edən məsələ  inflyasiya və qiymət artımı olur. Onun sözlərinə görə, bu ciddi məsələdir:

"Düzdür, artımlar kifayət qədər  böyükdür, ola bilər bunun davamı olsun. Amma düşünmürəm ki, bu ciddi qiymət artımına və ya inflyasiyaya səbəb ola bilər. 

Birinci növbədə nazirlər bunu nəzarətdə saxlamalıdır. Başa düşürəm obyektiv qiymətlərdir, amma subyektiv qiymət artımı etmək və inflyasiyanı artırmaq, elə başa düşürəm ki, ciddi problem olmamalıdır. Bu məsələlərlə əlaqədar kifayət qədər dövlət orqanları var. Nəzarətdə saxlamalıdırlar. 

Onsuz da Azərbaycanda inflyasiya birrəqəmlidir, yüksək deyil. Əlbəttə, qiymət artımında müəyyən problemlər var, bu gün də mövcuddur. Bunu müəyyən qədər bazar təyin edir, amma elə etmək lazımdır ki, obyektiv qiymətlər olsun. Süni qiymət, subyektiv qiymət artımına imkan yaradılmasın”. 

V.Əhmədov bu il ərzində devalvasiya gözlənilmədiyini də qeyd edib: 

"Bu il ümumiyyətlə, devalvasiya gözləmirəm. Çünki kifayət qədər ehtiyatımız var. Manata, ümumiyyətlə pul kütləsinə nəzarət mexanizmi Mərkəzi Bank tərəfindən yüksək səviyyədə qurulub. Ona görə  hesab etmirəm ki, 2019-cu ildə devalvasiya olsun”.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031