Nazirin “vicdan” açıqlaması Ağdam səhiyyəsini gündəmə gətirdi

Nazirin “vicdan” açıqlaması Ağdam səhiyyəsini gündəmə gətirdi
 
Səhiyyə naziri Oqtay Şirəliyev 120 min tibb işçisindən hamısının vicdanla xidmət etmədiyinə məyus olub 

Nazir qeyd edib ki, onların içərisində vəzifə borcunu vicdanla yerinə yetirməyənlərin olması sirr deyil və tam nəzarət etmək olmur. 

Şirəliyevin bu açıqlaması bir çox baş həkimlərin, klinika rəhbərlərinin, Bakıda və regionlardakı xəstəxanalarda həkimlərin hansı səviyyədə xidmət göstərməsi mövzusunu gündəmə gətirib. 

Nazirin bu açıqlaması sosial şəbəkələrdə müzakirə olunduğu bir vaxtda Ağdam Mərkəzi Xəstəxanasının baş həkimi Bəxtiyar Haqverdiyev haqda iddialar meydana çıxıb. 

Politika.Az-ın yaydığı xəbərə görə, sosial şəbəkələrdə və elektron mediada B.Haqverdiyev barəsində "haqq” verərək baş həkim təyin olunduğu haqda ittihamlar tirajlanıb. 

Ağdamlı sosial şəbəkə istifadəçilərinin sözlərinə görə, onun baş həkim təyinatında arxasındakı dayaqlar və bəzi yüksək çinli məmurların rolu olub. 

Haqverdiyevin nazirliyə təqdimatını verən şəxslər onun dosyesini təqdim edərkən qarşılıq görüblər. Bu məmurların kimliyi da həmin məluamtlarda açıqlanıb. Dəqiqləşdirmələr apardığımız üçün adlarını çəkmədən bildiririk ki, ortada külli miqdarda məbləğ dövr edib. 

Məhz bu maliyyəni əldən buraxmayan məmurlar Haqverdiyevə "krişa”lıq edərək nazirliyə təqdimatını veriblər. 

Onun tibb sahəsində gördüyü işləri müstəsna xidmət kimi təqdim edərək əvəzolunmaz bir həkim olduğunu söyləyiblər.

İddialara görə, bu məbləğdən nazirlikdə Haqverdiyevin təyinatını sığortalayan və əmrinin verilməsinə nail olanlara da çatıb. 

Lakin ağdamlılar baş həkimin fəaliyyətindən ciddi şəkildıə narazıdır. Onun vətəndaşlara qarşı kobud, laqeyd münasibəti, xəstəxananı kənd bazarına çevirməsi, tibb bacısı-həkim-baş həkim alver şəbəkəsi təşkil etməsi rayon səhiyyəsinin keyfiyyətini reanimasiya vəziyyətinə çatdırıb. 

Hətta azerinfo.az-a verilən məlumatda deyilir ki, Bəxtiyar Haqverdiyev təyinat aldığı ilk gündən "ixtisar” adı altında narazılıq yaratmağa başlayıb. Belə ki, Ağdam səhiyyəsində çalışan 100-dən artıq şəxsi işdən çıxarıb. 

Sayt yazır ki, o, harada işləyibsə, qalmaqallı şəxs kimi tanınıb. Məsələn, onun Qəbələ Diaqnostika Mərkəzində işlədiyi zaman baş həkimlə yola getmədiyi vurğulanır. Lakin sonradan baş həkim Sabir onun işdən çıxarılmasına nail olub.

Bəxtiyar Haqverdiyev Ağdamda ixtisarların, dərman çatışmazlığına etirazların meydana gəlməsinə səbəbkar olub. Sayt onu da yazıb ki, ixtisar edilənlər yenidən işə bərpa olunmaq adı ilə pul verməli olub.

Xəstələrin xüsusi narazılığını doğuran amillərdən birinin xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlərlə bağlıdır. 

Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. 

Bildirilir ki, Ağdam rayon mərkəzi xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. 

Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. 

Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Əhaliyə vaxtı-vaxtında şəkərli diabet xəstələri üçün nəzərdə tutulan dərmanlar və lazım olan şəkər analizi üçün çubuqlar ya pulla satılır, ya da ümumiyyətlə verilmir. 

Digər bir məlumatda isə qeyd olunur ki, Bəxtiyar Haqverdiyevin rayonun səhiyyə sahəsində çalışan tibbi və texniki personalın əmək haqları ilə bağlı bəzi maxinasiyalara əl atdığı bildirilir.

Bəzi ucqar kəndlərdə guya fəaliyyət göstərən amblatoriyalarda çalışan tibbi personalı heç kim görmür. Lakin bu ambulatoriyaya və orda guya mövcud olan personala dövlətdən pul ayrılır ki, bunları da baş həkim mənimsəyir. 

"Ölü can” əməliyyatı Ağdam Səhiyyəsində bundan əvvəlki baş həkim Gülnar Abbasovanın vaxtında necə idisə indi də qalıb. 
Hətta Bəxtiyar Haqverdiyevin zamanında artan xətt üzrə gedir. 



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...