“Nazirin tapşırığına görə, düşmən məhv edilməlidir”

“Nazirin tapşırığına görə, düşmən məhv edilməlidir”

“Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan torpaqlarında hərəkət edən düşmən hərbçisi istənilən yolla məhv edilməlidir. Buna uyğun da tədbirlər də həyata keçirilir. Buna əsasən avqustun 22-də düşmənə qarşı sarsıdıcı zərbələr endirilib. Hazırda Azərbaycan Ordusunun şəxsi heyəti arasında böyük döyüş əzmi var. Onların gözləri düşməni məhv etmək, qisas almaq üçün sözün həqiqi mənasında parıldayır”. 

Sfera.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna əsasən Müdafiə Nazirlyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. Müdafiə Nazirliyinin sözçüsü qeyd edib ki, cəbhə xəttində indi baş verən hadisələri ötən ilin təxminən eyni vaxtındakı hadisələrlə əlaqələndirmək düzgün deyil: “Çünki biz erməni təxribatlarını təkcə iyul-avqust aylarında yox, ilin əvvəlindən indiyədək öz üzərimizdə daim hiss etmişik. Cəbhə xəttində gərginlik daim olub. Ermənistan Silahlı birləşmələri tərəfindən atəşkəs rejimi həmişə pozulub. Son zamanlar isə atəşkəs rejiminin pozulması hallarının ciddi şəkildə artması müşahidə edilirdi. Bu, Nazirliynin mətbuat xidmətinin rəsmi məlumatlarında da öz əksini tapıb. Düşmən isə bizim cavablarımızı Silahlı Qüvvələrimizin onlara vurduğu zərbələr timsalında öz üzərində hiss edib. Sadəcə olaraq, son zamanlar düşmənin istifadə etdiyi silahların çapı böyüyüb və onlar artıq 60 və 82 mm-lik minaatanlardan istifadə edirlər. Ona görə də son dəfə biz düşməni susdurmaq üçün məcbur olub toplardan müəyyən olunmuş koordinatlara zərbələr endirmiş, onları susdurmuşuq. Nəticədə düşmən tərəfi itkilər verib. Lakin onlar həmişə oldu kimi bunu gizlədirlər. Bizdə olan məlumata görə, Ermənistan silahlı bölmələrinin 5 hərbçisi ölüb, 8 nəfəri isə yaralanıb. Biz tərəfdən isə 3 nəfər yaralanıb. İtkilərimizin olmamasının və yaralılarımızın az olmasının səbəbi isə şəxsi heyətin təhlükəsizlik qaydalarına ciddi riayət etməsidir”.
V.Dərgahlı əlavə edib ki, Ermənistan mediasında cəbhədə Azərbaycanın 4 hərbçisinin ölməsi, 15 nəfərinin isə yaralanması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Qeyd edək ki, avqustun 22-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs haqqında razılaşmanı növbəti dəfə xaincəsinə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Ağdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqelərini qəflətən iriçaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub. Yaranmış əməliyyat şəraiti qiymətləndirən komandanlığımız tərəfindən düşmənin müdafiəsinin ön xəttində və dərinliyində əvvəlcədən müəyyən edilmiş kvadratlara, o cümlədən mövqelərə, postlara, səngərlərə, bölük dayaq məntəqələrinə, kommunikasiya xətlərinə minaatanlar və toplardan yaylım atəşi ilə cavab zərbələri endirmək barədə qərar qəbul edilib. Əldə olunan məlumata əsasən, düşmənin 5 nəfər hərbi qulluqçusu məhv edilib və 8 nəfəri yaralanıb. Düşmənin atəşi nəticəsində biz tərəfdən 3 hərbi qulluqçumuz yüngül qəlpə yarası alıb.

OXŞAR XƏBƏRLƏR

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...

Mask: "Qərbdə gec-tez vətəndaş müharibəsi başlayacaq"

Qərbdə vətəndaş müharibəsi gec-tez başlayacaq, istəsək də, istəməsək də. Sfera.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində ya...