Nazirin müavinləri ixtisar olunub? - XİN AYDINLIQ GƏTİRDİ

Nazirin müavinləri ixtisar olunub? - XİN AYDINLIQ GƏTİRDİ
Xələf Xələfov xarici işlər nazirinin müavini postundan azad olunandan sonra, həmin vəzifəyə təyinat həyata keçirilməyib.


Həmin postun ləğv edildiyi barədə məlumatlar da yayılıb. O zaman  Xarici İşlər Nazirliyindəki (XİN) nazir müavini vəzifələrindən birinin ixtisar olunduğunu söyləmək olarmı? 

Mövzu ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə sual ünvanladıq. XİN-mətbuat xidmətindən saytımıza verilən açıqlamada məsələyə bu cür aydınlıq gətirilib:


"Hazırda Xarici İşlər Nazirliyinə hansısa diplomatın yeni nazir müavini gətirilib-gətirilməyəcəyi barədə bir söz deyə bilmərik. Çünki nazirlikdə konkret hansısa post olmur. Məsələn, sonuncu dəfə Ramiz Həsənov nazir müavini təyin olunub. Ona görə də daimi nazir müavini postu yoxdur. Həmçinin bildirək ki, nazir müavinləri prezidentin sərəncamı ilə təyin olunur. Sadəcə, Xələf Xələfov nazir müavini postundan geri çağırılandan sonra yeni nazir müavininin təyin olunub-olunmaması rəhbərliyin verəcəyi qərardır. Əlavə nəsə demək olmaz”.


Qeyd edək ki, Xələf Xələfov ötən ilin  dekabrından xarici işlər nazirinin müavini postundan azad olunaraq, Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinə təyin edilib.

Xələf Xələfov Xarici İşlər Nazirliyindən çıxarılmayanadək nazir Elmar Məmmədyarovun 6 müavini vardı. Hazırda isə Elmar Məmmədyarovun 5 müavini qalır: Araz Əzimov, Mahmud Məmmədquliyev, Hafiz Paşayev, Nadir Hüseynov və Ramiz Həsənov. Modern.az

OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...