Cəmİyyət

Nazirin ilk xarici səfəri

Nazirin ilk xarici səfəri
Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov mayın 19-da Prezident İlham Əliyevin tapşırığına əsasən bu qurumun yeni rəhbəri kimi ilk xarici səfərini Türkiyəyə edib.

Sfera.az xəbər verir ki, nümayəndə heyətinin üzvləri əvvəlcə Ankaradakı Heydər Əliyev parkını ziyarət ediblər. Dahi şəxsiyyət Heydər Əliyevin parkdakı heykəli önünə tər çiçəklər düzülüb, xatirəsi ehtiramla yad edilib.

Səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsindəki əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Kənd Təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, aqrar sahə ölkəmizdə qeyri-neft sektorunun inkişafı baxımından mühüm sahələrdən biri kimi müəyyən edilib. Bu sahədə dünyada qabaqcıl ölkələrdən biri hesab edilən Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsi, qardaş ölkənin təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.

Görüşdə əməkdaşlıq üçün prioritet istiqamətlər müəyyən edilib, müvafiq fəaliyyət planının hazırlanması, birgə layihələrin həyata keçirilməsi, iki ölkənin mütəxəssisləri, özəl sektor nümayəndələri arasında təmasların intensivləşdirilməsi, tədris, strateji tədqiqat, aqrar elm və digər sahələrdə konkret addımların atılmasına dair razılıq əldə olunub.


AdRiver
loading...

XƏBƏR LENTİ