Nazirdən kreditlərlə bağlı MÜHÜM AÇIQLAMA

Nazirdən kreditlərlə bağlı MÜHÜM AÇIQLAMA
"Cənab Prezidentin bizə verdiyi tapşırıq ondan ibarət idi ki, biz iqtisadiyyata dəstək proqramını 1 milyard manatla məhdudlaşmayaraq, daha geniş proqram şəklinə gətirə bilək".
 
Bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasına müsahibəsində deyib. 
 
Nazir bildirib ki, bugünkü gündə 2 yeni təklif olunan proqram var:

"Bunlardan biri 1 milyard Azərbaycan manatı mövcud kredit portfelinə dəstək proqramıdır. Proqramın mahiyyəti ondan ibarətdir ki, bir sıra sahibkarların, müəssisələrin bank kreditləri var və bu bank kreditlərinin portfelinin keyfiyyətinin qorunub saxlanılsın. Hazırda bu portfelin içərisində olan elementləri bank sektoru ilə - Mərkəzi Bankla, Azərbaycan Bank Assosiasiyası, Sahibkarlar Konfederasiyası və digər subyektlərlə çalışacağıq. Ancaq əsas hədəf yəqin ki, biznes kreditləri olacaq. Ola bilsin ki, həmin proqram çərçivəsində müəyyən həcm istehlak kreditlərinin dəstəyinə aid olsun.

Bu proqramın mahiyyəti ondan ibarətdir ki, dövlət bu proqramı çərçivəsində xüsusi meyarlara cavab verən,  mənfi təsirlərə məruz qalan  sektorları əhatə edən, 9-10 mart tarixindən əvvəl götürülmüş, vaxtlı-vaxtında indiyədək xidmət olunan kreditlərə və qeyd etdiyim meyarlara cavab verən kreditlər portfelinə baxaraq onların faizlərin ödənilməsində yükü 10% dərəcəsinə  qədər - 13-14% civarında ola bilər – biznes kreditlərinin dövlət tərəfindən Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə  həmin faizlərin ödənilməsinə dəstək verməkdən söhbət gedir. Beləliklə, bu 1 milyard kredit portfelini sahibkarlara dəstək proqramı kimi görürük". 

 
(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Xalq artisti Röya Ayxan: "Ərə gedirəm, toyum..." - VİDEO

Xalq artisti Röya Ayxan açıqlaması ilə hər kəsi təəccübləndirib.   Sfera.az xəbər verir ki, "PrimeTime Elvin Elxanla" yutub layihəsinə...

Kuleba Blinkenlə görüşdü - FOTO

Ukrayna xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri &...

Banklar dollar alışını yenidən artırır – Apreldə tələb 500 milyon dolları keçə bilər

Azərbaycanda bu ilin fevralında dollara tələbin yüksəlməsindən sonra martda ciddi azalma qeydə alınmışdı. Martdakı azalmadan sonra apreldə dollara tələbdə yenid...

Polisdən böyük ƏMƏLİYYAT - 21 əcnəbi SAXLANILDI - FOTO

Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı Daxili İşlər Nazirliyinin (DİN) BPQMİ-nin Qanunsuz Miq...

Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu İMZALADI - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova və Yeni Kaledoniya parlamentinin sədri Rok Vamitan (Rock Wamytan) Əməkdaşlıq Memorandumu imzalayıblar.   Sfera.a...

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin FƏALİYYƏTİ DAYANDIRILIR

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bu barədə ...