Nazirdən əhaliyə ŞAD XƏBƏR

Nazirdən əhaliyə ŞAD XƏBƏR
"Ünvanlı sosial yardımın məbləğini artırmaq olar”. 

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu gün Avropa ölkələrində kənd təsərrüfatına çox böyük dotasiyalar verilir: "Azərbaycanda bu sahənin inkişafı üçün tədbirlər görülür. 

Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyev tərəfindən böyük üzüm sahələri salındı. Ancaq 80-ci illərdə Qorbaçov tərəfindən alkoqolizmə qarşı mübarizə adı altında bütün üzüm sahələri məhv edildi. Bu gün 100 ha üzüm sahəsi salmaq üçün 1 milyon dollardan çox vəsait lazımdır”.

Nazir bildirib ki, kənd təsərrüfatı sahəsində əhalinin işlək təbəqəsinin 36,7%-i formalaşıb:

"Onları əməyə cəlb etmək lazımdır. Lazım olsa, onlar üçün verilən ünvanlı sosial yardımın məbləğini artırmaq olar.

Vətənaşlara kifayət qədər vəsait də vermək mümkündür. Bunun üçün imkanlar var. Lakin bu deqradasiyaya gətirib çıxara bilər. Bununla da insanlar işləməkdən yorularlar”.

mənbə: report.az

OXŞAR XƏBƏRLƏR

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...