Nazir: Xəzərin hüquqi statusu 80 faiz razılaşdırılıb

Nazir: Xəzərin hüquqi statusu 80 faiz razılaşdırılıb

Xəzərin hüquqi statusu ilə bağlı yekun sənəddə 80 faiz razılaşma əldə edilib.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov RİA-ya müsahibəsi zamanı bildirib.

"Xəzərin hüquqi statusunun təyin edilməsi ilə bağlı XİN müavinləri səviyyəsində işçi qrup fəaliyyət göstərir. Yekun sənədin qəbul olunması mərhələsinə keçilməsə də, tərəflər arasında dialoq və qarşılıqlı anlaşma mühiti formalaşır. Yekun sənədin 70-80 faizi artıq razılaşdırılıb”.

Elmar Məmmədyarov Xəzər dənizinin tərəfləri ayıran yox, birləşdirən bir dəyər olduğunu bildirib:

"Müsbət hal odur ki, Xəzəryanı ölkələr səylərini birləşdirərək addım-addım nəticəyə yaxınlaşır. Xəzərin hüquqi statusu hələlik təyin olunmasa da, flora və faunanın qorunması, fövqəladə vəziyyətlərdə qarşılıqlı yardım, terrorçuluqla mübarizə və digər sahələrdə artıq hüquqi baza formalaşdırılıb. Bu baza bizə Xəzərin hüquqi statusunun təyin olunması məsələsində irəliləyiş etmək üçün əsaslar verir”.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR