Nazir vətəndaşlarla görüşəcək

Nazir vətəndaşlarla görüşəcək

Azərbaycanın Mədəniyyət və Turizm naziri Samux şəhərində vətəndaşları qəbul edəcək.

"Qafqazinfo" xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycanın mədəniyyət və turizm naziri tərəfindən 2016-cı ilin iyun ayının 10-da saat 11ºº-da Samux şəhərində Heydər ƏliyevMərkəzində (Heydər Əliyev prospekti ) Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşların qəbulu olacaq.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.


OXŞAR XƏBƏRLƏR