Nazir tapşırıq verdi

Nazir tapşırıq verdi

Bu gün Qəbələ şəhərində vətəndaşların qəbulu zamanı qaldırılan məsələlər daha sonra rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə  aidiyyəti rayonların Telekommunikasiya qovşaqlarının və Poçt filiallarının rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə ətraflı müzakirə olunub.

 

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələrinin rəhbərlərinin də iştirak etdiyi toplantıda sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti və vətəndaş şikayətləri üzrə geniş müzakirə aparılıb.

 

Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yaxşılaşdırılması, işlərində ciddi dönüş yaradılması ilə bağlı tapşırıqlar verib. Eyni zamanda, nazir qarşıya çıxan problemlərin vaxtında həll olunması, xidmət mədəniyyətinin lazımi səviyyəyə çatdırılması, vətəndaş şikayətlərinə ciddi reaksiya verilməsi üçün müvafiq göstərişlər verib.

 

Sonda R.Quluzadə bildirib ki, həyata keçirilən bütün işlər vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət etməlidir.



OXŞAR XƏBƏRLƏR

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...