Nazir prezidenti istefa verməyə çağırdı

Nazir  prezidenti istefa verməyə çağırdı
Venesuellanın müdafiə naziri Vladimir Padrino Lopes  ötən ilin dekabr ayında prezident Nikolas Maduroya öz vəzifəsindən istefaya getməyə çağırış edib. Bu barədə The Washington Post ABŞ kəşfiyyatında mənbəyə istinadla xəbər verib.

Qəzetdə bildirilir ki, Venesuela hərbi qurumu Maduroya müraciət edərək prezidentlik postunu tərk etməsinə çağırıb, əks təqdirdə özünün istefaya gedəcəyi ilə hədələyib.

Lakin Maduronun ölkənin rəhbərliyinə davam etməsinə baxmayaraq, müdafiə naziri hərbi  quruma rəhbərlik etməyə davam edir.

Bununla belə ABŞ hökumətindən olan mənbə nəşrə bildirib ki, Padrino Lopesin  istefası mümkündür və bu baş verərsə, heç kim təəccüblənməz.


OXŞAR XƏBƏRLƏR