Nazir müavininin maşını əlindən alındı
15:35 / 08.08.2019
2491
Müdafiə Sənayesi nazirinin müavini Yahya Musayevin xidməti avtomobil əlindən alınıb.
"Yeni Sabah” xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə nazir müavinin 10-AA-459 dövlət qeydiyyat nişanlı "BMW" markalı xidməti avtomobili ondan alınaraq Müdafiə Sənayesi Nazirliyinin qarajına təhvil verilib.
Onu da qeyd edək ki, Yahya Musayev nazirliyin iclaslarına dəvət olunmur.