Nazir müavini və icra başçısı pilotun dəfnində ağladı - FOTO
14:03 / 21.08.2019
2459
Pilot Rəşad Atakişiyevlə vida mərasimində bir sıra rəsmi şəxslər də iştirak edib.
Sfera.az ölkə.az-a istinadən xəbər verir ki, Yasamal rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev pilot dəfn edilərkən göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, təlim-məşq uçuşu zamanı qəzaya düşən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısının pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin dünən nəşi tapılıb.