Nazir: Marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz
10:39 / 10.05.2016
728
Vergilər naziri Fazil Məmmədov ticarət şəbəkələrinin (supermarket) əlavə dəyər vergisi (ƏDV) üzrə vergi güzəştləri ilə bağlı təkliflərinə münasibət bildirib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, nazir deyib ki, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz:
"Nəyə görə marketlər ƏDV-dən azad olunmalıdır ki? Kənd təsərrüfatı məhsullarının 95-98%-i bazarlarda, yerdə qalan hissəsi isə, yəni 1-2% marketlərdə satılır. Ona görə, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz.
Bu, mümkün deyil. Təkrar edirəm, kənd təsərrüfatı məhsullarının 98%-i bazarlarda satılır. Bazarlarda isə nə ƏDV var, nə də sadələşdirilmiş vergi”.