Nazir: “İsgəndər”i məhv edə bilərik

Nazir: “İsgəndər”i məhv edə bilərik

Azərbaycan Ermənistanın "İsgəndər”lərinin zərbəsini dəf edəcək raket əleyhinə sistemlərə malikdir.

Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov RİA-ya müsahibəsində deyib.

"Mən Müdafiə naziri olaraq bəyan edirəm ki, biz həmin raketləri məhv etməyə qadirik. Azərbaycan onlardan kəmiyyətcə 50 dəfə daha çox raketə malikdir. Sözlərimə görə tam məsuliyyət daşıyıram. Təsəvvür edin, onlar infrastruktura və hərbi obyektlərə zərbə endirmək fikrinə düşsələr, cavab zərbəsi necə olacaq”, - nazir bildirib.

Müdafiə naziri ermənilərin Rusiyadan aldığı "İsgəndər” raketlərinin keyfiyyəti ilə bağlı fikrini də bölüşüb:

"Bəli, "İsgəndər” yaxşı raketdir, lakin bəzi suallar yaranır. İlk növbədə, bu hansı "İsgəndər”dir? Çünki onun bir çox növü var. İkincisi, bu "İsgəndər”lər hansı vəziyyətdədir? Üçüncüsü, bu "İsgəndər”ləri kim idarə edir? Dördüncüsü, onlar bu silahı tətbiq edə biləcəklərmi? Biz hərbçilər olaraq, həmişə mümkün olan ən pis variantı düşünürük və ona hazır oluruq. Doğrudur, haqqında danışdığım raketlər Rusiyadan alınmayıb, amma keyfiyyətcə heç də onlardan aşağı deyil. Silahlarımızı sınaqdan keçirmişik. Nəticə mükəmməldir. Biz əminik ki, hərbi qüvvələrimizi və yaşayış ərazilərimizi qoruya biləcəyik!”

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...