Nazir gəlini və nəvəsi klipə çəkildi - VİDEO

Nazir gəlini və nəvəsi klipə çəkildi - VİDEO
Uzun müddətdir müğənnilik fəaliyyətinə ara verən Safurə Əliyeva yeni mahnısını təqdim edib. 

BiG.AZ-ın məlumatına görə, "Baku" adlanan mahnının sözləri və musiqisi ifaçının özünə məxsusdur. Bəstənin aranjimanını Elvin Musayev edib. 

S.Əliyeva ingilis dilində səsləndirdiyi mahnıya çarx da çəkdirib. Çarxın rejissorluğunu ifaçı özü və Fərhad Əli edib. 

Qeyd edək ki, energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quran S.Əliyeva uzun müddətdir sənətdən uzaqlaşıb və İstanbulda yaşayır. Cütlüyün bir oğlan övladı var.

Klipdə S.Əlizadə ilə yanaşı, 2 yaşlı oğlu İsgəndər də çəkilib. 

 


OXŞAR XƏBƏRLƏR