Nazirdən bütün klinikalara tapşırıq

Nazirdən bütün klinikalara tapşırıq
Bu yaxınlarda səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən respublikanın bütün xəstəxanalarına – özəl və dövlət müəssisələrinə məktub göndərildi ki, bütün onkoloji xəstələr birinci olaraq, onkoloji müəssisələrdə müayinə və müalicə olunmalıdırlar.

Sfera.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin (MOM) baş həkimi Azad Kərimli deyib.

Onun sözlərinə görə, bu məktubun bütün tibb müəssisələrinə təqdim edilməsinə baxmayaraq, onkoloji xəstələr yenə də hansısa müəssisələrdə müayinə və müalicə edilirlər:

"Milli Onkologiya Mərkəzinə yenə də müraciətlər edilir ki, xəstə hansısa özəl klinikada cərrahiyyə əməliyyatı edilib. Bu gün şüa terapiya şöbələri heç bir yerdə - nə özəl, nə də dövlət müəssisələrində yoxdur. Bu, ancaq MOM-dadır. Buna görə də şüa müalicəsi üçün "qaçılan” yerlər yoxdur. Amma cərrahiyyə əməliyyatını yarı düzgün, yarı qeyri-düzgün edirlər”.

A.Kərimli bildirib ki, onkoloji xəstəni əməliyyat etməkdən ötrü mütləq onkoloji qaydalara riayət etmək lazımdır:

"Bu əməliyyatı edən müəssisənin mütləq bunu reallaşdıra bilən bazası olmalıdır. Amma baxaq görək, onlar həmin qaydalara düzgün əməl edirlər? Əsla yox. İkinci tərəfdən, özəl klinikalarda əməliyyatın tam böyük bir kollektiv tərəfindən aparılması üçün şərait varmı? Xeyr, yoxdur. Bu gün əməliyyat etdiyimiz şəxsdən çıxardığımız şişi təcili olaraq, kistoloji müayinəyə göndəririk və bizə təcili analizlərin nəticələri təqdim edilir. Çünki xəstədə şiş hüceyrəsi tapıldıqda əməliyyatı ya bu şişin tam çıxarılması ilə bitirməliyik, ya da o şiş hüceyrəsini tapmaqdan ötrü o əməliyyatı daha da genişləndirməli və o şiş hüceyrəsi tapıldıqda əməliyyatı yekunlaşdırmalıyıq. Özəl klinikalarda bu, mümkündürmü? Xeyr, mümkün deyil”.

A.Kərimli deyib ki, buna görə də özəl klinikalar xəstəyə onkoloji diaqnoz qoyan kimi onu əməliyyat edilməsi və kimya terapiya prosedurundan keçməsi üçün MOM-a göndərməlidirlər:

"Hamının azad seçim etmək imkanı var. Biz heç kəsin qarşısını kəsə bilmərik ki, sən filan müəssisəyə müraciət etmə. Burada əsas vicdanlı iş özəl klinikada çalışan həkimin üzərinə düşür”.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyidən məlumat verilib....

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etib...

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq ƏLDƏ ETDİLƏR

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi ha...

"Fransa bölgəni münaqişə zonasına çevirmək üçün Ermənistanı sürətlə silahlandırır" - Deputat

“Fransa Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin rəhbərini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən, diplomat Pr...

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  fövqəladə hallar naziri g...