Nazir bu dəfə Cüdo Federasiyasına getdi - FOTOLAR

Nazir bu dəfə Cüdo Federasiyasına getdi - FOTOLAR
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Cüdo Federasiyasının fəaliyyəti və Bakı Olimpiya Stadionu ilə tanış olub.

Sfera.az xəbər verir ki, federasiya ilə tanışlıq zamanı nazir idmançıların məşq prosesini izləyib, qadın və kişi cüdoçularla görüşərək söhbətlər aparıb, onlar üçün yaradılmış şəraitlə tanış olub.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, vitse-prezident, Olimpiya çempionu Elnur Məmmədli və federasiyanın baş katibi Elmar Babanlı nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarşlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat veriblər. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Daha sonra F.Qayıbov Bakı Olimpiya Stadionuna baxış keçirib. Stadionun direktoru Cavid Qarayev naziri stadionla tanış edib, yaxın vaxtlarda təşkil ediləcək tədbirlər, hazırlığın gedişi barədə onu məlumatlandırıb.

Qeyd edək ki, F.Qayıbov sentyabrın 13-ü AFFA-nın qərargahında olmuşdu.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...