Nazir: \"Braziliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti üçün imkanlar var\"

Nazir: \

Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Sfera.az bildirir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Braziliya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Braziliyanı Rio-de-Janeyro şəhərində keçirilmiş 2016-cı il Yay Olimpiya Oyunlarına müvəffəqiyyətlə ev sahibliyi etdiyi üçün təbrik edib. O, Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarında yüksək nəticə göstərdiyini qeyd edib.

E.Məmmədyarov Azərbaycanın Latın Amerikası ölkələri, o cümlədən Braziliya ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirərək, bu səfərin tarixi xarakter daşıdığını və ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Nazir Braziliyanın Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq danışıqlar yolu ilə həllinə dair mövqeyinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatlar barədə danışan E.Məmmədyarov Braziliya istehsalı olan Embraer tipli təyyarələrin ölkəmizdə mülki aviasiyada istifadə edildiyini və digər Braziliya şirkətlərinin də ölkəmizdə uğurlu fəaliyyəti üçün imkanların olduğunu vurğulayıb.

Braziliya nümayəndə heyətinin sədri Rodriqo Maya Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Qonaq ölkəsinin Azərbaycan ilə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə, həmçinin neft qiymətlərinin düşməsinin dünya iqtisadiyyatına mənfi təsiri və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələr aparılıb.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...