Nazir “Beko Rəşad”ı işdən çıxardı

Nazir “Beko Rəşad”ı işdən çıxardı

Bakıda sürücüləri avtoxuliqan kimi tutmaqla məşhurlaşan yol polisi əməkdaşı işdən qovulub.
Sfera.az Avtosfer.az-a istinadən xəbər verir ki, Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis zabiti, daha çox "Beko Rəşad" kimi tanınan Rəşad Nağıyev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndərilib. Buna səbəb kimi Rəşad Nağıyevlə bağlı şikayətlərin son vaxtlar daha da artması göstərilir. Bildirilir ki, sürücülər tərəfindən DİN rəhbərliyinə edilən müraciətlərdə DYP əməkdaşının qanunsuz hərəkətlərindən, sürücüləri "avtoş" adı ilə incitməsindən bəhs olunub, onun rüşvət alması halları qeyd edilib.
Rəşad Nağıyev Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin məşhur əməkdaşıdır. Belə ki, "Beko Rəşad” kimi tanınan həmin şəxsdən sürücülər narazıdır. Çünki sürücü hansısa manevr və yaxud ötmə qaydasını pozan zaman R.Nağıyev onu saxladaraq avtoxuliqan kimi qələmə verir, avtomobili isə cərimə meydançasına aparır. Bu hadisə bir çox sürücünün başına gəlib. Bu tipli şikayətlərin sayı durmadan artdığı üçün "Beko Rəşad"ın fəaliyyəti yoxlanılıb və bəzi şikayətlər təsdiqini tapdığı üçün nazirin əmri ilə sərəncama göndərilib.


OXŞAR XƏBƏRLƏR

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...