Nazir 4 TSEK sədrini vəzifəsindən uzaqlaşdırdı - SİYAHI

Nazir 4 TSEK sədrini vəzifəsindən uzaqlaşdırdı - SİYAHI
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 4 rayonun Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrini vəzifələrindən kənarlaşdırıb.

Nazir bununla bağlı əmr imzalayıb.

Nazirin əmrinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin - Sabunçu rayon TSEK sədri – Vahid İbrahimov, Qəbələ rayon TSEK-in sədri Eldar Abbasov, Ağcəbədi-Ağdam TSEK-in sədri Yaşasın Haqverdiyev, Nərimanov TSEK-in sədri Şahini vəzifəsindən uzaqlaşdırıb.


Məsələ ilə bağlı Unikal.org-a Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən xəbəri təsdiqləyiblər.
 

OXŞAR XƏBƏRLƏR