Nazim İbrahimova bu maddə ilə cinayət işi açıla bilər – 6 ilədək həbs cəzası?

Nazim İbrahimova bu maddə ilə cinayət işi açıla bilər – 6 ilədək həbs cəzası?
Ukraynada qətlə yetirilmiş Elçin Əliyevin qatilinin kimliyini Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun da bildiyi ortaya çıxıb.

Belə ki, Elçin Əliyevin yaxın dostu olmuş, "Olaylar” qəzetinin baş redaktoru Yunis Oğuz açıqlamasında bildirib ki, dostunun kimin tərəfindən öldürüldüyünü Nazim İbrahimov qətl gününün səhəri deyib.
 
Maraqlıdır, Nazim İbrahimov cinayətkarın kimliyini uzun illər gizlətməklə bağlı məsuliyyətə cəlb oluna bilərmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan vəkil Adəm Məmmədov cinayətkarı gizlədən şəxsi 6 ilədək həbs cəzasının gözlədiyini bildirib:

"Ağır və xüsusi ağır cinayətlər barədə məlumatı olub, polisə xəbər verməmək məsuliyyət yaradır. Əgər adıçəkilən şəxsin cinayətlə bağlı əvvəlcədən məlumatının olması aşkara çıxarsa, o zaman təqsirləndirilən insan 307-ci maddə ilə cinayət məsuliyyyətinə cəlb oluna bilər.

Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmək beş yüz manatdan min manatadək miqdarda cərimə, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xüsusi ağır cinayətlərdə 2 ildən 6 ilədək həbs cəzası var. Bu yaxınlarda cinayətkarın kimliyini bilib, gizlədən bir nəfəri üç il azadlıqdan məhrum etdilər".

İnci
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR

Peskovdan həbs edilən məmurla bağlı AÇIQLAMA: ”Xəyanət məsələsi…” 

Kremlin sözçüsü Dmitri Peskov Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbs edilməsinə münasibət bildirib.   Sfera.az bildirir ki, o, bu barə...

Tanınmış həkim VƏFAT ETDİ - FOTO

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az xəbər verir ki, hadisə aprelin 24-də, m...

BŞİH-dən 153 saylı məktəbdəki tüstülənmə ilə bağlı AÇIQLAMA

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.   Bu barədə Sfera.az-a Bakı Şəhər Təhsil...

Prezidentin uğurumuzun səbəbləri ilə bağlı açıqlaması bəzilərinə ciddi siqnaldır

Prezident İlham Əliyevin Rusiyaya səfər edəcəyinə dair məlumat ictimailəşdirildikdən sonra təkcə cəmiyyətimizdə deyil, ölkə xaricində də geniş müzakirələr başla...

Bu səbəbdən insanların ölüm riski ARTIB

İqlim dəyişikliyi səbəbindən qlobal istiləşmə xüsusilə Avropa qitəsinə dağıdıcı təsir göstərir.   Sfera.az xəbər verir ki, 2023-cü il Avropa İqlim H...

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu COP29-a dəvət edib.   Sfera.az xəbər verir ki, bu barədə dövlət başçısı qırğ...