Nazarovdan Almaniyyada növbəti qol

Nazarovdan Almaniyyada növbəti qol
 

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında X turun oyunları keçirilib.  

Oxu.Az xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirqe” də növbəti matçına çıxıb. 

Aue təmsilçisi doğma meydanda "Nürnberq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:3. 

Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin futbolçusu sonadək oynayıb.  

Komandasının ilk qolunu da millimizin futbolçusu vurub. O, 62-ci dəqiqədə penaltidən fərqlənməklə cari mövsümdə vurduğu qolların sayını beşə çatdırıb. 

Qeyd edək ki, 10 turdan sonra 18 xala malik "Ertsqebirqe” 18 kollektiv arasında IV pillədə qərarlaşıb. 



OXŞAR XƏBƏRLƏR