Nazarbayevin qızı yenidən spiker seçildi
14:04 / 02.09.2019
2109
Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva yenidən ölkə parlamentinin yuxarı palatasına sədr seçilib.
Nazarbayevanın yenidən bu vəzifəyə namizədliyini Qazaxıstan hazırkı rəhbəri Kasım-Jomart Tokayev irəli sürüb.
Senatorlar Nazarbayevanın namizədliyini yekdilliklə dəstəkləyiblər.
Qeyd edək ki, Dariqa Nazarbayeva atasının könüllü istefasından bəri Qazaxıstan Senatına rəhbərlik edir. Ancaq avqustun 12-də yenidən Senatın deputatı seçildiyi üçün spiker vəzifəsinə təkrar seçilmə prosedurundan keçməli idi.
Virtualaz.org