Nazarbayevə ömürlük səlahiyyət verildi

Nazarbayevə ömürlük səlahiyyət verildi
Qazaxıstan parlamentinin deputatları prezident Nursultan Nazarbayevə Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik etmək səlahiyyəti veriblər.

Sfera.az xəbər verir ki, Məclisin qəbul etdiyi "Qazaxıstan Respublikası Təhlükəsizlik Şurası” haqda qanuna görə, bu təsisat vahid dövlət siyasətini müəyyən edən orqan kimi fəaliyyət göstərir.

Qazaxıstan ədliyyə naziri Marat Beketayev Nazarbayevin ömürlük statusunun keçən il edilən konstitusiya dəyişikliyi ilə möhkəmləndirdiyini bildirib.
 
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR