Naxçıvanın ən məşhur oteli 17 milyona satılır

Naxçıvanın ən məşhur oteli 17 milyona satılır
Naxçıvanda məşhur otel satışa çıxarılıb.
Sfera.az azvision.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında yerləşən müalicə mərkəzi kimi fəaliyyət göstərən Duzdağ Hotel hərrac yolu ilə satılacaq. 

Həmçinin hərrac günü Naxçıvan şəhərində yerləşən Tədris-Ticarət Mərkəzi də satışa çıxarılacaq. 

Martın 10-da NMR-nın Auksion Mərkəzində hərraca çıxarılacaq Duzdağ Hotelinin start qiyməti 17 milyon, Tədris-Ticarət Mərkəzinin start qiyməti isə 1 milyon 534 min manat müəyyənləşib.


OXŞAR XƏBƏRLƏR