Naxçıvanda müəllimlərin maaşları artırılır: Vasif Talıbovdan sərəncam

Naxçıvanda müəllimlərin maaşları artırılır: Vasif Talıbovdan sərəncam
 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "Naxçıvan Muxtar Respublikasının dövlət  ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında”  sərəncam imzalayıb.

Sfera.az APA-ya istinadən məlumatına görə, sərəncamda qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan və 2017-ci il iyunun 30-da keçirilmiş bilik və bacarıqlarının qiymətləndirilməsində müəyyən olunmuş keçid balını toplayan müəllimlərin həftəlik dərs yükü norması və aylıq vəzifə maaşları qanunvericiliklə nəzərdə tutulmuş qaydada artırılsın.

Sərəncam 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, bu ilin iyun ayda keçirilən imtahanlarda 562 müəllim müəyyən olunmuş keçid balını toplayıb. Həftəlik dərs yükü norması və aylıq vəzifə maaşının artırılması da keçid balını toplayan həmin müəllimlərə şamil olunacaq.

OXŞAR XƏBƏRLƏR

Həyatın yaranması üçün vacib olan üzvi molekullar əvvəlcə kosmosda yaranmış ola bilər - ARAŞDIRMA

Fransa və Almaniya alimləri həyatın yaranması üçün vacib olan üzvi molekulların əvvəlcə kosmosda yaranmış ola biləcəyinə dair yeni sübutlar əldə ediblər.  ...

Azərbaycan lideri: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt bi...

Ən kiçik ev təsərrüfatları Naxçıvan və Bakıdadır - RƏQƏMLƏR

Azərbaycanda ən kiçik ev təsərrüfatları Naxçıvan Muxtar Respublikası və Bakıdadır.  Sfera.az  2023-cü ilin yekunlarına əsasən xəbər verir ki, bir...

Andjey Duda Rusiyanın Kalininqradda nüvə silahı yerləşdirdiyini İDDİA ETDİ

Polşa Prezidenti Andjey Duda Rusiya Federasiyasını Kalininqrad vilayətində nüvə silahı yerləşdirməkdə ittiham edib.   Sfera.az bildirir ki, bunu...

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.   Sfera.az xəbər veri...

Prezident: "Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi"

Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi.   Sfera.az xəbər verir ki, bu sözləri...