Naxçıvanda 130 məmur məsuliyyətə cəlb olundu

Naxçıvanda 130 məmur məsuliyyətə cəlb olundu

 

Bu ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) işdə nöqsanlara yol vermiş 130 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Sfera.az report-a istinadən bildirir ki, bunu Komitənin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov deyib.
O deyib ki, 32 əməkdaşa xidməti intizam qaydalarının tələblərini pozduğuna, 98 əməkdaşa isə auditin nəticələrinə görə intizam tənbehi tətbiq edilib.
Komitə sədri onu da bildirib ki, ilin birinci yarısı ərzində idxal istiqamətində gətirilən 13,5 tondan artıq kənd təsərrüfatı, ərzaq və digər məhsullar muxtar respublikaya daxil olmadan geri qaytarılıb. Həmin malların geri qaytarılması, əsasən, üzərində istehlak tarixinin olmaması və ya istehlak müddətinin bitməsi, keyfiyyətsiz və ya xarab olması, mənşəyin məlum olmaması, tərkibində nitratın miqdarının normadan artıq olması kimi səbəblərlə bağlı olub. Ümumilikdə, ayrı-ayrı vətəndaşlardan saxlanılan 2 tondan artıq məhsul isə qeyd olunan səbəblər əsas götürülərək məhvetmə komissiyası tərəfindən məhv edilib.

 


OXŞAR XƏBƏRLƏR