Naxçıvan Qarnizonu qoşunlarında təlim keçirilib - VİDEO

Naxçıvan Qarnizonu qoşunlarında təlim keçirilib - VİDEO
 
Naxçıvan Qarnizonu qoşunlarında 2019-cu tədris ilinin ilk komanda-qərargah təlimi keçirilib.

Sfera.az "Xezerxeber.az"a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

2019-cu tədris ilinin ilk komanda-qərargah təlimində "Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə Naxçıvan Qarnizonu Qoşunlarının birgə fəaliyyəti” icra edilib.

Dövlət sərhədində real və potensial təhdidlərin dəf edilməsi, terrorçuların və qeyri-leqal miqrantların qeyri-qanuni fəaliyyətlərinin qarşısının alınması, sərhədboyu zonada əhalinin və mülkiyyətin qorunması məqsədilə birgə fəaliyyətlər məşq etdirilib.

Axtarış əməliyyat tədbirlərinin daha effektli həyata keçirilməsi üçün əməliyyat rayonunda yaradılmış birgə qərargahda toplanan məlumatlar təhlil edilərək mərkəzi qərargaha ötürülüb. Mərkəzi qərargahda Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin rəhbərliyi altında təlimin gedişi canlı videobağlantı vasitəsilə izlənilib.

Əlahiddə Ümumqoşun Ordunun, "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların "Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, yerli hüquq-mühafizə və icra orqanlarının birgə fəaliyyəti nəticəsində təlimdə qarşıya qoyulmuş məqsədlərə tam nail olunub.
 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...