NATO ilə Rusiya arasında danışıqlar üçün yenə Azərbaycan seçildi

NATO ilə Rusiya arasında danışıqlar üçün yenə Azərbaycan seçildi
Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov Azərbaycana səfər edəcək.

"Qafqazinfo”nun "TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

O, Bakıda NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, general Tod Uolterslə danışıqlar aparacaq.

Gerasimovun Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə də danışıqları planlaşdırılıb.


OXŞAR XƏBƏRLƏR