Natavan ilə Səidə barışdı: \"Kasıbçılıq idi, birini alıb, ikimiz geyinirdik\" – VİDEO/FOTO

Natavan ilə Səidə barışdı: \
Müğənni Natavan Həbibi və Səidə Sultan barışıb.

Səidə ötən gün "İnstagram" səhifəsində arxiv fotolarını yayımlayıb. Şəkillər arasında Natavanla olan fotosu da olub.

Ana olmağa hazırlaşan Həbibi də biganə qalmayıb. O, şərh bölməsinə fotonun çəkildiyi məkanı yazaraq "Domodedovo- Şeremetyevo (Moskvanın hava limanları ) günləri” sözlərini qeyd edib. Səidə isə ona "Yadıma düşməmişdi heç” cavabını verib.

Daha sonra Natavan maraqlı bir faktın üstünü açıb. Belə ki, o, "Mən səni itirsəm” klipində Səidənin gödəkcəsini geyindiyini bildirib:
 
 
O vaxt rəngli xəzlər yenilik idi. Səidə də özünə almışdı. Kasıbçılıq idi, birini alıb, ikimiz geyinirdik. Geyim obrazımı onun kurtkasına görə düşünmüşdük , o dərəcədə yəni. Klipimdə Səidə əslində dublyor rolunda bizə kömək edib, sağ olsun və elə özü də öz gödəkcəsində çəkilməli oldu”.

primetime.az

 





OXŞAR XƏBƏRLƏR