Natavan Həbibi hamiləliyindən danışdı: \"Qərara gəldik ki...\"

Natavan Həbibi hamiləliyindən danışdı: \
Reper Dado (Səid Əliyev) həyat yoldaşı Natavan Həbibiyə hamiləliyi haqqında danışmağı qadağan edib.

Sfera.az xəbər verir ki, sənətçi bu barədə Muz TV-nin "3 canlı" verilişində qonaq olarkən deyib. Müğənni uşağının cinsiyyətinin hələ bəlli olmadığını bildirib:

"Səid hamiləliyim haqqında danışmağa qoymur. Uşağın cinsiyyəti hələ bəlli deyil. Əvvəlcə həkim nəzarətinə gedəndə dedilər ki, oğlun olacaq. Daha sonra yenə müayinəyə getdim. Bu dəfə həkim başqa şey dedi. Bildirdi ki, cinsiyyəti hələ bilinmir. Qərara gəldik ki, cinsiyyətini öyrənməyək".

4 ay sonra ana olmağa hazırlaşan sənətçi əsl adının Natavanxanım olduğunu etiraf edib:

"Doğulandan xanımam. Şəxsiyyət vəsiqəmdə Natavanxanım kimi qeyd olunub. Ailəmizin mədəniyyəti belədir. Hər adın sonunda "xanım" yazılıb. Xanım statusunu daşımaq mənlikdir. Uşaqlıqdan ərköyün olmuşam, məni belə böyüdüblər. Xanımlıq şəxsiyyət deməkdir".

Natavan Xalq artisti Aygün Kazımova ilə aralarındakı qalmaqaldan sonra depressiyaya düşdüyü və dərmanlar qəbul etdiyi ilə bağlı yayılan xəbərlərini inkar edib:

"Depressiyaya düşməmişəm. Bilirdim ki, düzəm. Əsas məqsədim adımı təmizə çıxarmaq idi. Özümü nəzarətdə saxlamağı bacarıram. Zəif olsaydım, istədiklərinə nail olacaqdılar. Sülh olmayacaqdı. Güclü oldum ki, indi hər şey öz yerini tapdı". (publika.az)

OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...