NASA-dan yenilik

NASA-dan yenilik
 
ABŞ-ın milli aerokosmik agentliyi – NASA elektrik təyyarələrinin sınaqları üçün laboratoriya yaradıb.
 
Sfera.az Lent.az-a istinadən xəbər verir ki, qurum bu məqsədlə Con Qlenn adına Tədqiqatlar Mərkəzində Elektrik Təyyarələrinin Tədqiqatı Laboratoriyası (NEAT) açıb. NEAT mühəndisləri elektrotəyyarələr və onların ehtiyat hissələrinin yaradılması və sınaqdan keçirilməsi ilə məşğul olacaqlar. Daha əvvəl NASA bu istiqamətdə iş aparıb. Onların arasında elektrik mühərriki ilə çalışan, vertikal qalxış və eniş edən "GL-10 Greased Lighting” pilotsuz uçuş aparatını və "LEAPTech” elektrik mühərrikli qanad layihəsini göstərmək olar.
 
NEAT artıq sentyabr ayında kiçik (1-2 nəfərlik) hava gəmisini enerji ilə təchiz edən elektrik sisteminin test buraxılışını həyata keçirib. Bunun üçün mühəndislər 600 voltluq batareyadan istifadə edib. Yaxın vaxtlarda NASA NEAT laboratoriyasında daha iri hava gəmiləri üçün nəzərdə tutulmuş güclü elektrik sistemlərinin yığılması və test edilməsini həyata keçirməyi planlaşdırır. Perspektivdə agentlik 20 meqavatt gücündə sistem yaratmağı nəzərdə tutub. "Bizim məqsədimiz bu cür sistemləri daha yüngül və effektiv etməkdir. Gələn il biz mühərriklərin ölçülərini təkmilləşdirəcəyik və daha güclü sistemlərin sınaqları üçün bu texnologiyalardan istifadə edəcəyik”, - deyə aparıcı texniki ekspert Rocer Dayson bildirib. O deyib ki, hazırda aviaşirkətlər yanacaq sərfiyyatını, atmosferə buraxılan zərərli maddələri, səs-küyü və istismar xərclərini azaltmaq istəyirlər. Atmosferi az çirkləndirən, az səslə çalışan və böyük effektivliyi ilə seçilən elektromobillər bu baxımdan yaxşı nümunədir. Məhz elektromobillər NASA-nı NEAT laboratoriyasını yaratmağa ruhlandırıb. Elektrotəyyarələr hazırkı təyyarələrdən fərqli olaraq, atmosferi daha az çirkləndirəcək və çəkisinin azlığı səbəbilə daha böyük məsafəyə uçacaq.


OXŞAR XƏBƏRLƏR

Aprelin bütün sosial ödənişləri yekunlaşdı

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Fonddan Sfera.az...

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...