NASA asteroidi nüvə silahı ilə məhv edəcək - Dünya üçün böyük RİSK
00:01 / 17.03.2018
3993
NASA-nın aşkarladığı 500 metr uzunluğundakı asteroidin Dünyanın sonunu gətirəcəyi iddia edilir.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, "Bennu" adı verilən asteroidin məhv edilməsi üçün NASA iki fikir üzərində dayanıb.
Bunlardan birincisi 8 tonluq kosmos aparatının həmin asteroidlə toqquşdurulmasıdır. Alimlər bu yolla asteroidin istiqamətini dəyişdirib, onu dünyadan uzaqlaşdırmağı planlaşdırırlar.
İkinci yol isə asteroidin nüvə silahı ilə parçalanmasıdır. Ancaq bu Dünya üçün də təhlükəli ola bilər.
Qeyd edək ki, "Bennu"nun 2135-ci ildə Dünyaya çırpılacağı təxmin edilir.
Lalə Nəsirova