Narkotikadan xilas olmağı bacaran MƏŞHURLAR

Narkotikadan xilas olmağı bacaran MƏŞHURLAR
Çoxlu pul, şan-şöhrət insanları dəyişdirir, hərdən onlar narkotikanın aludəçisinə çevrilir. Əksər məşhurların ölüm səbəbi onların narkotikaya bağlılığıdır. Bəzilərinin bədənində dəhşətli ağrılar baş verir, onun hərəkətlərini tezləşdirir, ölümcül xəstəlik yaradır. Ancaq xoşbəxtlikdən bir çox ulduzlar bu amansız xəstəlikdən qurtula bilib. Həmin ulduzlar kimlərdir?

Ancelina Coli

Ancelina Coliyə yüksək dozalı narkotik verildiyigörüntüllər də vardır. O, özü də heç vaxt narkotikdən istifadə etdiyini danmayıb, məlum videonu isə öz həyatının ən aşağılayıcı hadisəsi hesab edib. Qaranlıq və təhlükəli bir yola baş qoyduğunu etiraf edən Ancelina Coli yenidən həyata qayıtmağı bacarıb.

Robert Dauni
 
Sfera.az lent.az-a istinadən xəbər verir ki, 80-ci illərdə kino tənqidçiləri Robert Daunini gənclərin arasında perspektivli aktyor hesab edirdi. Onun atası da məşhur aktyor və rejissor Robert Daunidir. Gələcəyi parlaq olan balaca Robert Dauni geroin və kokain istifadəçi idi. 1996-cı ildə Dauni 3 il məcburi müalicə aldı. Ancaq müalicə nəticə vermədi və Dauninin orqanizmində narkotik tapıldı. İlk dəfə aktyor buna görə yarım il həbsdə yatdı. Onu narkotikadan xilas edən və həyata qaytaran isə gələcək həyat yoldaşı oldu.

Elton Con

Elton Con dəhşətli narkotik istifadəçi idi. Məşhur müğənni buna görə xəstəlik də tapdı, ancaq yenə də kokaindən əl çəkmədi. Ona kömək etmək istəyən yeniyetmənin ölümü Elton Cona təsir etdi və xəstəxanada müalicə almağa qərar verir.

Eminem

Məşhur reper narakotikadan elə bir vəziyyətə düşmüşdü ki, gündə 60 tabletka atmasa studiyada işləyə bilmirdi. Onun müalicə olunmağına Elton Con köməklik göstərib. Hər həftə ona baş çəkib.

Dryu Berrimor

Ona "Hollivudun bayağı qızı" deyirlərmiş. İlk dəfə 5 yaşında filmə çəkilib, 9 yaşında siqaretə başlayıb, kokaini 12 yaşında sınayıb. Və 13 yaşında artıq narkotik və alkoqoldan xəstəxanada müalicə almağa başlayıb. Hələ onun intihar cəhdləri də az deyil. Onun uzun müddət narkotik həyatında olub. Ancaq evlənəndən və övlad sahibi olandan sonra artıq həyatında narkotika deyilən bir şey qalmayıb.

Stinq

Məşhur britaniyalı rok musiqiçisi də bu bəlaya mübtəla olub. Həyatında ən çox sevdiyi iki şey vardı: içki və narkotik. Bəlkə də həyat yoldaşı və həyat yoldaşının dostu olmasaydı çoxdan bu sevgisi onu ölümə aparacaqdı. Ancaq o, ölümə deyil, narkotikadan xilas olmaq üçün xəstəxanaya getdi.

OXŞAR XƏBƏRLƏR

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...