Narkoticarətçi “WhatsApp”a görə həbsə girdi

Narkoticarətçi  “WhatsApp”a görə həbsə girdi
28 yaşlı narkoticarətçinin  "WhatsApp” da şəkil paylaşması başına bəla oldu.
 

Sfera.az "Life.ru” saytına xəbər verir ki, Elliot Morris Cənubi Uelsə narkotik daşıyan bandanın 9 üzvündən biridir.
 

Polis onları izləsə də narkotik alveri ilə məşğul olmalarına dair dəlil-sübut tapa bilmirdi.

Ancaq izləmə nəticə verdi. Elliot  yeni partiya narkotik gətirərkən, əlində "ekstazi”  şəklini "WhatsApp”la dostuna göndərdi. Polis şəkildəki əlin barmaq izlərinin Elliot Morisə aid olduğunu aydınlaşdıran kimi onu həbs etdi.
 
İlqar Atabəyli
 

OXŞAR XƏBƏRLƏR