Narkotacir bacı-qardaş saxlanıldı- CƏLİLABADDA

Narkotacir bacı-qardaş saxlanıldı- CƏLİLABADDA

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 23-də rayon sakini Heydər Əsgərovun döş qəfəsinin deşilmiş-kəsilmiş yarası diqanozu ilə xəstəxanaya yerləşdirilməsi barədə Şöbəyə məlumat daxil olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törədən Salyan rayon sakini əvvəllər məhkum olunmuş Süsən Əliqi saxlanılaraq istintaqa təqdim edilib. Araşdırma zamanı müəyyən edilib ki, S.Əliqi zərərçəkən şəxslə əvvəlcə bir yerdə spirtli içki qəbul edib daha sonra aralarında yaranan mübahisə zamanı onu bıçaqlayıb.

Əməliyyat tədbirlərinin davamı olaraq müəyyən edilib ki, S.Əliqi həm də narkotik vasitələrin satışı ilə məşğuldur. Onun rayonun Uzuntəpə kəndi ərazisində yaşadığı evə baxış zamanı 2 ədəd kibrit qutusu və 1 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs marixuananı satmaq məqsədi ilə qardaşı Adildən aldığını bildirib.

 

Cəlilabada RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat zamanı narkotik vasitələri satan Adil Əliqi də tutularaq məsuliyyətə cəlb edilib. A.Əliqinin Abşeron
rayonu Qobu qəsəbəsində yerləşən evinə baxış zamanı oradan əlavə olaraq 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb.A.Əliqi
bacısına Cəlilabad rayonunda narkotik vasitələrin satışı ilə məşğul olmaq üçün marixuana satdığını etiraf edib.

Faktla bağlı hər iki şəxs barəsində Cəlilabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barələrində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. İstintaq əməliyyat tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...