Narkoloji Mərkəzdə 25 nəfərin ölümü ilə nəticələnən yanğından 1 il ötür

Narkoloji Mərkəzdə 25 nəfərin ölümü ilə nəticələnən yanğından 1 il ötür
Bu gün Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzdə çoxsaylı insan tələfatı ilə nəticələnən yanğının baş verməsindən 1 il ötür.

Sfera.az 2018-ci ilin martın 2-də baş verən yanğın zamanı 25 nəfər yanaraq ölüb.

Hadisədən sonra cinayət işi başlanılıb, Mərkəzin direktoru Telman Məmmədhəsənov, mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, mərkəzdə müalicə olunan və yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədova, şöbə müdiri Azad Ələkbərov istintaqa cəlb edilib. T.Məmmədhəsənov, M.Abdullayev, M.Məmmədovun barəsində həbs qətomkan tədbiri seçilib, A.Məmmədova isə hazırda ev dustaqlığındadır.

Cinayət işinin işinin istintaqı yekunlaşdırılaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxslərdən yanlız A.Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O, daha sonra dünyasını dəyişib.

Hazırda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə araşdırılır. 

Cinayət işində ümumilikdə 52 zərərçəkmiş var. 


OXŞAR XƏBƏRLƏR

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...

Elmira Süleymanova VƏFAT ETDİ

Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.   Sfera.az xəbər verir ki, o, 87 yaşında dünyasını də...