Nardaranlıların danışıq təklifi rədd edildi - VİDEO

Nardaranlıların danışıq təklifi rədd edildi -  VİDEO

Baş Prokurorluq: "Silahlı dəstə ilə danışıq aparmaq niyyətimiz yoxdur".

Nardaranda ötən gün baş vermiş qarşıdurmadan sonra bu gün artıq sakitlikdir. Nardaranda təhlükəsizliyin təmin edilməsi üçün kəndə polis cəlb edilib. Bu gün bir qrup ağsaqqal danışıqlar təklif edib.

ANS TV-nin məlumatına görə, Baş Prokurorluq Nardaran ağsaqqalı Məşədi Natiq Kərimovun danışıqlar təklifini qəbul etməyib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ANS-ə silahlı dəstə ilə danışıq aparmaq niyyətləri olmadığını söylədi.

Hazırda Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi üzrə istintaq-əməliyyat qrupu yaradılmaqla insidentin bütün iştirakçılarının, həmçinin həmin silahlı dəstəyə köməklik etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Bu gün Nardaran kəndində sakitlik hökm sürüb. Baxmayaraq ki, polis gücləndirilmiş iş rejimində işləyir. Kəndə gedən yolda avtomobillər yoxlanılır. Kəndin girəcəyində isə bəzi şəxslər daşlardan və təkərlərdən barrikadalar qurublar.

Bu arada Nardaran kəndinin elektrik enerjisi kəsilib. “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev ANS-ə bildirdi ki, işığın kəsilməsinə səbəb abonentlərin borclu olmasıdır.

Nardaran kəndinin ümumi ödəmə göstəricisi 2% təşkil edir. Xəbərdarlıqdan sonra kəndə işığın verilməsi dayandırılıb.


OXŞAR XƏBƏRLƏR

Türkiyə HƏMAS-la danışıqlar APARACAQ

Türkiyə Qəzza zolağı ilə bağlı məsələnin nizamlanması üçün səylərini artırır və bu məqsədlə ölkənin xarici işlər naziri Hakan Fidan Qətərə səfər edəcək. &nbs...

Şüvəlanda yol qəzası - xəsarət alanlar var

  Bakının Xəzər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Şüvəlan qəsəb...

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - BU GÜN SAAT 11:00-DAN...

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsi...

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.   Sfera.az bildirir ki, bunu qa...

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...