Naqif Həmzəyev: \"Əhalinin sağlamlığının etibarlı qorunması ölkə prezidentinin hər zaman diqqət mərkəzindədir\"

Naqif Həmzəyev: \
 "Dünyada tüğyan edən koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün hər zaman ən vacib, prioritet məsələlərdən olub".

Sfera.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
 
Millət vəkili qeyd edib ki, məhz bunun üçün də koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi barədə qərarların verilməsi çox düzgün və vaxtında atılmış addımlardandır. Ölkəmizdə koronavirus epidemiyasının yayılması ehtimalı o qədər də yüksək olmasa da, məsələ dövlətin, ölkə rəhbərinin diqqət mərkəzindədir. Xəstəliyin yayılmaması ilə bağlı ölkə ərazisində analoji mövqe nümayiş etdirilir, koronavirusla mübarizədə lazımi tədbirlərin daha sürətli görülməsi üçün bəlli miqdarda vəsait ayrılıb.
 
Naqif Həmzəyev onu da vurğulayıb ki, xoş gündə olduğu kimi ən çətin anlarda ölkə vətəndaşlarının, xalqın yanında olan Prezident İlham Əliyev belə bir vəziyyətdə də Azərbaycanın bölgələrinə - Goranboy, Şəmkir, Qazax, Ağstafa, Tovuz rayonlarına səfər edib, əhali ilə sıx təmasda oldu. Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında çıxışı zamanı ölkə başçısı Azərbaycanda koronovirus epidemiyası ilə bağlı vəziyyətin nəzarət altında olduğunu bildirdi.
 
Bu bir daha göstərdi ki, ölkə vətəndaşlarının dərdi-səri, problemləri, əhalinin sağlamlığının etibarlı qorunması Prezident İlham Əliyevin hər zaman diqqət mərkəzindədir. Koronavirus təhdidi və ondan müdafiə tədbirləri ilə bağlı dövlət başçısının vaxtında verdiyi qərarın icrası ölkədə epidemioloji vəziyyətin gərginləşməsinin, xəstəliyin insanlar arasında yayılmasının qarşısıını almağa yönəldilməsinə baxmayaraq, dövlət başçısı hər kəsi diqqətli olmağa çağırıb.
 
Dövlət tərəfindən tətbiq olunan qaydalar onların təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlar olduğunu bilməli, qaydalara məsuliyyətlə yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdırlar. Dünyanı təşvişə salan koronavirusla bağlı məlumatlardan təşvişə düşmək deyil, təlaş keçirmədən özümüzün, ailə üzvlərimizin və yaxınlarımızın sağlamlığı üçün bu bəlanın, bu təhlükənin yayılmasına, daha dəhşətli fəsadlar törətməsinə qarşı hər kəs birləşməli, Nazirlər Kabineti yaradılmış Operativ Qərargahın tövsiyələrinə, məsələhətlərinə, qərarlarına əməl etməli, tabe olmalıdır. "Belə bir vaxtda Kütləvi İnformasiya Vasitələrinin, sosial şəbəkə istifadəçilərinin, blogerlərin üzərinə böyük məsuliyyət düşür. Hər bir media orqanı, sosial şəbəkə istifadəçisi vətəndaşları maarifləndirməli, narahatlığa səbəb olacaq məlumatlar, şaiyələr yaymaqdan çəkinməlidirlər", - Naqif Həmzəyev qeyd edib. (azxeber.com)


OXŞAR XƏBƏRLƏR

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...