Nanə Ağamalıyeva avtomobil qəzasına düşdü
22:00 / 19.10.2017
1325
Tanınmış teleaparıcı Nanə Ağamalıyeva avtomobil qəzası keçirib.
Sfera.az xəbərinə görə, bu barədə hadisə şahidləri Milli.Az nəşrinə məlumat veriblər.
Bildirilir ki, qəza bu gün saat 20:00 radələrində Dərnəgül yolunda baş verib.
Qəza zamanı teleaparıcı xəsarət almasa da, avtomobilinin ön hissəsi yararsız hala düşüb.