Nalbəndyanın açıqlamasından sensasiya yaratmayın – Politoloq

Nalbəndyanın açıqlamasından sensasiya yaratmayın – Politoloq

Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması haqqında yeni heç nə deməyib. Baxıram, bəziləri bu xəbərdən sensasiya düzəldir. Yenə cəmiyyətimizi yalandan ümidləndirməyək. Onsuz da ermənilər danışıqların ilkin mərhələsində 5 rayonu boşaltmalıdırlar və bunu özləri də qəbul edirlər.

Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu özünün Feysbuk səhifəsində yazıb.

"Nalbəndyan "Dağlıq Qarabağa təhlükə yaratmayan ərazilərin boşaldılması” ifadəsini işlədib. Bu o deməkdir ki, İrəvan Şuşa, Laçın və Kəlbəcəri boşaltmağı düşünmür. Digər tərəfdən, İrəvan boşaltmaq istədiyi rayonların əvəzində nə istəyir? Bu da bəllidir. 5 rayonu o şərtlə boşaltmağa hazırdılar ki, sülh sazişində referendumun keçiriləcəyi tarix göstərilsin. Yəni 5 rayonun əvəzində "müstəqilliklərini" legitimləşdirmək istəyirlər. Bunun nəyi bizim xeyrimizədir? 5 rayonun boşaldılması əvəzinə Dağlıq Qarabağı tamamını itirə bilərik”, - politoloq bildirib.

E.Şahinoğlunun sözlərinə görə, Nalbəndyan erməni cəmiyyətinə münaqişənin həllinin ilkin mərhələsində Dağlıq Qarabağ ətrafındakı hansısa rayonları boşaldacaqlarını eşitdirib:

"Əslində açıqlamanın bu hissəsində də xüsusi yenilik yoxdur. Ermənistan Prezidenti Serj Sərkisyan da müxtəlif vaxtlarda bu cümləni dilə gətirib”.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur əyləncə mərkəzi YANIR - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntülə...

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - 2 - FOTO

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.   DİN-in mətbuat xidmətindən Sfera.az...

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...