Nagehan: Qızlar seriallara o qədər baxır ki, evli kişilərə daha çox meyl göstərir - VİDEO

Nagehan: Qızlar seriallara o qədər baxır ki, evli kişilərə daha çox meyl göstərir - VİDEO
Azərbaycanlı model Fərid Abdullayev və "Zuhal Topalla izdivac” proqramında tanış olduğu həyat yoldaşı Nagehan Abdullayeva maraqlı açıqlamalar verib.
 
Sfera.az xəbər verir ki, azxeber.com-un "Sosial şəbəkə ulduzları" rubrikasının qonağı olan cütlük sevgi tarixçələri, ailə həyatları haqda danışıblar.
 
 
Nagehan deyib ki, bəzi qızlar seriallara o qədər çox baxırlar ki, artıq evli kişilərə meyl salırlar: Elə bir dövrə gəlmişik ki, artıq qızlara əlində üzük olan, evli kişilər daha cəlbedici gəlir, onlar daha çox evli kişilərə meyl salırlar. Bu da serialların təsirindəndir.
 
O həmçinin sosial şəbəkədə onu təhqir etdiklərini də deyib: "Bir dəfə yazmışdılar ki, Allah səni və balanı öldürsün. Polis vasitəsilə o adamı tapdıq. Başladı yalvarmağa ki, məni bağışlayın. Belə şeylər çox olur. Hətta yazılar şərhlərə görə südüm də kəsilib".
 
Fərid isə Nagehanın çox qısqanc olduğunu deyib.
 
Həmin videoreportajı təqdim edirik:
 
 


OXŞAR XƏBƏRLƏR