Nadir Qafarzadə yazdıqlarını dandı, jurnalistlərə "it oynadan" dedi: "Lap çılpaq gəzsinlər..."

Nadir Qafarzadə yazdıqlarını dandı, jurnalistlərə
Müğənni Nadir Qafarzadə ötən gün söz-söhbətə səbəb olan fikirləri ilə bağlı açıqlama yayıb.

Sfera.az bildirir ki, ifaçı deyilənləri təkzib edib və bunun ona qarşı aparılan "qara piar" olduğunu deyib.

"Son zamanlar mənə qarşı mənfi işlər gedir. Deyirlər guya zorakılığı dəstəkləyirəm. Mənim nəyimə lazımdır kim necə geyinir, harasını açıb. Hamı öz papağını qoysun başına, sahib çıxsın. İstəyirlər çılpaq yox, anadangəlmə gəzsinlər. Mənim öz ailəm var. Bəziləri mövzusu bitib, mənim adımdan istifadə edir. Mən ifaçıyam, elə mövzulara qatılmıram. Zorakılıq nədir? Adam adama zorakılıq edər?", - deyə Qafarzadə əlavə edib.

O həmçinin buna görə jurnalistləri də günahlandırıb: "Təzə mövzu axtarırlar. Bəzi cahil adamcıqlar da onların yazdıqlarına inanırlar. Ay sizi "it oynadan” bəzi jurnalistlər”.

Qeyd edək ki, ötən gün "Pantural" ləqəbli şəxs  "açıq geyinən qadınları zorlayın" çağırışını etmişdi. Bundan sonra Qafarzadənin sözügedən paylaşımlardan birinə "Başıaçıqları, şalvar geyinənləri, feministləri zorlayıb iradımızı bildirəcəyik. Qarşı çıxan kişicikləri də... Hamımız bir olsaq, qeyrətlilərin qabağında heç kim dura bilməz" sözlərini yazmışdı.
 
Türkan
 

OXŞAR XƏBƏRLƏR

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...