Nadir İnstaqram səhifəsini bağladı – FOTO

Nadir İnstaqram səhifəsini bağladı – FOTO

 

İzləyicilərini təhqir edən müğənni hələ də qınaq hədəfindədir.

Oxu.Az xəbər verir ki, günlərdir izləyicilərini təhqir etməsi ilə gündəm yaradan Nadir Qafarzadə İnstaqram səhifəsinə girişi məhdudlaşdırıb.

202 min izləyicisi olan müğənninin bu addımı atmasına səbəb ona yazılan irad və tənqidləri görmək istəməməsidir. Ailəsi ilə birlikdə Antalyada dincələn N.Qafarzadə sildiyi fotosunu bu cümlələri yazaraq paylaşmışdı: 

"Bütün Azərbaycana salamlar! Məni sevənləri Allah saxlasın, sevməyənlər isə onsuz da savadsız, zövqsüz, cahillərdir! Onların sevgisi də özləri kimi "kalitəsiz”dir. Çünki mənim varlığım onları narahat edir. Mən Allahın mübarək və sevimli bəndəsiyəm. Səhifəmə daxil olub, təhqir və söyüş yazanlar, yazdıqlarınız özünüzə, ananıza, bacınıza və bütün nəslinizə... İndi ürəkli oğlan nə isə yazsın, amma telefon nömrəsi də qoysun!”.

Müğənninin bu paylaşımı sosial media istifadəçiləri tərəfindən sərt tənqid olunmaqdadır. Hətta Akademik Milli Dram Teatrının tanınmış aktyoru, Xalq artisti Ramiz Məlik öz şəxsi "Facebook” hesabında Nadirin harınladığını yazaraq onu sərt tənqid edib. Virtual qınağa tuş gələn Qafarzadənin səhifəsində ən son status görünür:

"Allah bizi paxıl və içi qurdlu adamlardan qorusun. Kim bizə nə arzu edirsə, biz ona 10 qatını arzu edirik. Kim bizə nə deyirsə, 10 qatı özünə qayıdır. Ağıllı, savadlı və zövqlü dostlarım, nə yaxşı ki, bu həyatda sizin kimilər var.

Yoxsa bəzi araqarışdıran, sözbaz, evyıxan, avam adamların içində batıb gedərdik. Allah Azərbaycan xalqını belələrindən qorusun! Bura təhqir və söyüş yazanlar, öz doğmalarınıza gedir o sözlər!!!”.

 


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...