“Mәzarın ziyarәtgahımızdır, Xәyyam!” - FOTO

“Mәzarın ziyarәtgahımızdır, Xәyyam!” - FOTO

İsmayıllı Rayon İcra Hakimiyyətinin Facebookdakı rəsmi səhifəsində iyulun 12-dә qəhrəmancasına həlak olmuş əsgər Xәyyam Daşdәmirovun məzarının ziyarət olunduğu barədə məlumat verilib.


Sfera.az "Mәzarın ziyarәtgahımızdır, Xәyyam!” başlığı ilə paylaşılan sözügedən yazını oxucularına təqdim edir:

 

 

"Şәhidimiz Xәyyam Daşdәmirovun mәzarı ziyarәt olunur. Rayonun vәzifәli şәxslәri vә sakinlәr 3-5 nәfәrdәn ibarәt qruplar halında Balik kənd qәbiristanlığına üz tutur.

 

 

Xatırladaq ki, iyulun 12-dә Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

 

Düşmən hücumunun qarşısını alarkən ağır yaralanan Xəyyam Daşdәmirov həkimlərin səyinə baxmayaraq, şəhid olub. O, 2002-ci ildә İsmayıllının Balik kәndindә dünyaya gәlib. Hәrbi xidmәtә 2020-ci ilin aprel ayında çağrılıb.

Allah şәhidlәrimizә rәhmәt elәsin!”




OXŞAR XƏBƏRLƏR