“Mövsümə uyğun olmayan meyvələr xərçəng yaradır” - Tibb elmləri doktorundan həyacanlı açıqlama

“Mövsümə uyğun olmayan meyvələr xərçəng yaradır” - Tibb elmləri doktorundan həyacanlı açıqlama
 

 

"Mövsümə uyğun olmayan meyvələrin yeyilməsi onkoloji, xroniki xəstəliklərə yol aça bilər”

Sfera.az-a açıqlamasında bu sözləri bazarlarda mövsümə uyğun olmayan meyvə və bostan bitkilərinin satılması təhlükəsinə münasibət bildirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib:

"Qidalanma gigiyenası standartına görə hər bir regionda yaşayan etnoslar konkret olaraq ayrı-ayrı meyvələrin qidalanmasına onların yetişmə vaxtına uyğun olmaqla adaptasiya olunurlar. Bəzi qidaların süni surətdə yetişdirilməsi, genetik modifikasiya olunmuş qidaların olması, bütün bunlar qidalanmada xeyli ciddi dəyişikliklər yaradır. Onun yaxın nəticələri barədə hələlik danışa bilmərik. Bu istiqamətdə ciddi tədqiqatlar aparılır. Vaxtından əvvəl yetişdirilən, mövsümə uyğun olmayan məhsullara dünyanın əksər ölkələrində rast gəlmək olar. İnsanlar çalışmalıdır ki, ölkəmizdə yetişən meyvələrdən ancaq zamanında istifadə etsinlər. Yəni insanların nəfslərinə nəzarət etməsi lazımdır. Bu istiqamətdə təbliğata da ehtiyac vardır. Qida, ərzaq təhlüküsizliyi konsepsiyası milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir”

A.Qeybullanın fikrincə, mövsümə uyğun olmayan meyvələrin indidən satılması koorporativ maraqların nəticəsidir:

"Prosesə ictimai nəzarət olmadığından belə vəziyyət yaranıb. Mövsümə uyğun olmayan meyvənin yeyilməsi insan orqanizmi üçün də müəyyən fəsadlar yarada bilər. Süni iqlim şəraitində tez yetişdirilən meyvələr gübrəli ola, onların tərkibində müxtəlif inqridentlər qala bilər. Belə ağır metal duzlar insan orqanizminə çökməklə limfo hüceyrələri və başqa sistemlərdə ağır xroniki xəstəliklərə səbəb olur. Sonradan da ankoloji transformasiyalara şərait yaradır. Ona görə ankoloji xəstəliklərin artma tendensiyası da təsadüfi deyil”.

Qeyd edək ki, Azərbaycan bazarları çeşidli meyvə, bostan bitkilərilə zəngindir. Ancaq bazarlarda mövsümə uyğun gəlməyən meyvələrə də rast gəlmək olar. Artıq indidən satış yarmarkaları və bazarlarda yemiş, qarpız, alma və armud satılır ki, əslində bu meyvə və bostan bitkiləri indilikdə tam olaraq yetişməyib. Bu mənada da hazırda satışa çıxarılan həmin məhsullar mövsümə uyğun gəlməəyn məhsullar hesab edilir. Hansı ki, indiki halda, onların yeyilməsi heç də məsləhət deyil.

Elçin


OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...